SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Kolendr Ester Moiseevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS