SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saatlarında paytaxt Bakıda bomba həyəcanı yaşanıb.

BAKU.WS-in verdiyi məlumata görə, bu gün axşam saat 19:00 radələrindən təxminən 22:00-dək Xətai prospektindən Heydər Əliyev Prospektinə gedən yol bağlanıb. Körpünün altı və ərzidəki  maşınlar xüsusi cihazla yoxlanılıb. Polislərin sürücülərə verdiyi məlumata görə, Xətai Prospektini Heydər Əliyev prospekti ilə birləşdirən körpüyə bomba qoyulması ilə bağlı məlumat daxil olub. Məlumata görə əraziyə FHN əməkdaşları, təcili yardım maşınları və polislər təhkim olunub.
 
Bir saatlıq axtarışın nəticəsində ərazidən heç nə tapılmayıb. Daha sonra 4 sıralı yolun üzərində avtomobillərin gediş-gəlişinə icazə verilib.

BAKU.WS