SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Norveçin qeyri-hökumət təşkilatı olan "Forum-18" Nardaran ekstremistlərinin lideri, "Müsəlman birliyi” hərəkatının sədri Tale Bağırzadəni "vicdan məhbusu” elan edib.

Virtualaz.org saytına daxil olan məlumata görə, Azərbaycanın bir sıra Qeyri Hökumət Təşkilatı norveç təşkilatına müraciət edərək onları Azərbaycanla bağlı qərəzli mövqe tutmamağa çağırıb.

"Sizin qətldə, terrorizmdə və kütləvi iğtişaşların təşkilində təqsirləndirilən birisini - radikal islamçıların lideri Tale Bağırzadəni "vicdan məhbusu” elan etməyiniz Azərbaycana olan qərəzli münasibətinizin bariz nümunəsidir”, - deyə müraciətdə bildirilir.

Xatırladaq ki, 2015-ci ilin 26 noyabrında Nardaranın qəsəbəsində Daxili İşlər Nazirliyinin xüsusi əməliyyatı nəticəsində cinayətkar qruplaşmanın dörd üzvü məhv edilib. Əməliyyat nəticəsində iki polis əməkdaşı həlak olub. "Müsəlman birliyi” hərəkatının lideri Tala Bağırzadə və digərləri həbs ediliblər. Onlara qarşı çoxsaylı ittihamlar irəli sürülüb.
 
BAKU.WS