Nardaranda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbəyə gətirilib.

BAKU.WS
-in Report saytına istinadən verdiyi xəbərə görə, Nardaran qeydiyyatında olan üç nəfərin meyiti hazırda qəsəbədədir. Onların yaxın saatlarda dəfn ediləcəyi bildirilir.

Xatırladaq ki, hüquq-mühafizə orqanları hazırda Nardaranda xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaranda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Ölənlərdən üçü Nardaran sakinidir.

2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

BAKU.WS