VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

 
Bakının Nəsimi rayonunda evlərin birində asılmış qadın meyiti tapılıb.

Nəsimi rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, hadisə Kazımovski küçəsində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı ölən şəxsin 1986-cı il təvəllüdlü Nigar Mustafayeva olduğu məlum olub. İlkin ehtimala görə, qadın intihar edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS