SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Gəncə şəhərində 16 yaşlı oğlanın törətdiyi, özünün və yolun kənarı ilə gedən 13 yaşlı qızın həlak olması ilə nəticələnən dəhşətli yol qəzası böyük müzakirələrə səbəb oldu.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı orta məktəbin 10-cu sinfində oxuyan Nüman Əlizadənin atasına məxsus “Mercedes-Benz E-Class” markalı avtomobili icazəsiz götürməsi, sürücülük hüququ olmadan idarə etməsi məlum olub.

Hadisə şahidləri bildiriblər ki, qəzaya düşən avtomobildən çox yüksək tonda musiqi səsi gəlirmiş. Nüman Əlizadə dostları ilə musiqi sədaları altında avtomobili şəhərin mərkəzində sürətlə idarə edərək təhlükəli manevrlər edirmiş.

Qeyd edək ki, qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun yaşıdı İlkin Bayramov xəsarət alıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Hadisəni törədən və vəfat edən 16 yaşlı Nümanın fotosunu təqdim edirik.

Qeyd edək ki, Nümanın atası Namiq Əliyev Gəncə Dövlət Universitetində çalışır.

BAKU.WS
QALEREYA