Gəncədə 16 yaşlı məktəbli ağır qəza törətdi, özü və 13 yaşlı qız öldü - FOTO

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, idarəetməni itirən 2005-ci il təvəllüdlü sürücü Əlizadə Numan Namiq oğlu ilk olaraq 13 yaşlı İbrahimova Nazlı Elşad qızını vurub və daha sonra ağaca çırpılıb.
Zərbənin təsirindən məktəbli qız hadisə yerində, 11-ci sinif şagirdi olan sürücü isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Qəza nəticəsində Əlizadə Numanın avtomobilində olan 2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu, yaşıdı Bayramov İlkin və 2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu isə yaralanıblar.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda məktəblilərin öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO
Ötən gün Gəncə şəhərində 16 yaşlı oğlanın törətdiyi, özünün və yolun kənarı ilə gedən 13 yaşlı qızın həlak olması ilə nəticələnən dəhşətli yol qəzası böyük müza...
