VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saatlıda 11-ci sinif şagirdi vanna otağında olarkən dəm qazından boğulub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Saatlı şəhərinin Axundov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

16 yaşlı Aytac İsmayılova vanna otağında olarkən dəm qazından boğulub. Yeniyetmə Saatlı rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları bildirirlər ki, hava küləkli olduğundan qızdırıcı düz işləməyib və dəm qazı əksinə vanna otağına dolub. Bu da 16 yaşlı qızın dəm qazından zəhərlənərək ölməsinə səbəb olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS
VİDEO