SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə zamanı 1978-ci il təvəllüdlü İsmayılova Səkinə Qurban qızı və daha bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb, qəzanın təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS