SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən “Music Gallery” elektron məhsullar satılan dükanında qeydə alınıb.

Mağazanın dam örtüyü yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Alovun qarşısı qısa zamanda alınıb.

BAKU.WS
VİDEO

QALEREYA