SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının asma tavan və dam örtüyü istehsalı sexinin anbarında baş verdiyi müəyyən olunub.

Yanğının mürəkkəbliyinə, obyektin ərazisində böyük həcmdə tezalışan mal-materialların (boya, sintetik məhsullar, taxta və s.) mövcudluğuna və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək bitişik anbarlara keçməsinin qarşısı alınıb və qısa müddətdə söndürülməsi təmin olunub.

Obyektin böyük hissəsi, o cümlədən bitişik anbarlar yanğından mühafizə olunub.

***14:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi yaxınlığında yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

BAKU.WS