Azərbaycanda gün ərzində ikinci dəfə zəlzələ baş verib.
BAKU.WS Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, 4,5 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala qədər hiss edilib.
Bundan əvvəl yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin maqnitudası 5,1 olub. Ətraf rayonlarda isə 4,3 bal hiss olunub.
***17:20
Bu gün Şamaxıda zəlzələ olub.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub.
"Zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub" - deyə, o bildirib.