“Güclə bayıra qaçdıq” – Zəlzələ şahidləri DANIŞDI – VİDEO

“Güclə bayıra qaçdıq” – Zəlzələ şahidləri DANIŞDI – VİDEO
Video
Hadisə 1458
Azərbaycanda 4,4 və 6 maqnitola gücündə ardıcıl iki zəlzələ baş verib.ARB TV-nin “Günə Doğru” proqramında baş vermiş zəlzələ ilə bağlı süjet hazırlanıb.Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi ilkin məlumatlara əsasən yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala yaxın hiss edilib.Ardıcıl olaraq yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss edilib.Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub. Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zamanı təkanlar nəticəsində dəyən ziyanla bağlı araşdırmalara başlayıb.Sahibkar: “Marketi açanda tam dağılmış halda gördük. Tavan uçulub, şüşə qablar sınıb. 60, 70 min civarında ziyan dəyib”.Sakin: “Dəhşətli zəlzələ idi. Evin daşları uçulub töküldü. Güclə bayıra qaçdıq”.Sakin: “Əvvəl çilçiraqlar yelləndi. 2 dəqiqə keçmədi bir də gördük kompüter təpəsi üstə gəldi yerə”.Sakin: “Yatmışdım. Zəlzələ oldu durub qaçanda pilləkəndən yıxıldım yerə”.Səməd Fətəliyev – Baş həkim: “Xəstələr ən çox şəkərin, təzyiqin qalxması ilə əlaqədar və 5 xəstə isə epilepsiya ilə bağlı müraciət edib”.BAKU.WS

Oxşar xəbərlər

FHN-dən güclü zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT

FHN-dən güclü zəlzələ ilə bağlı RƏSMİ MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 5-də ölkə ərazisində baş vermiş yeraltı təkanlar nəticəsində dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.BAKU.WS nazir...

1957 Hadisə 08:49 06 fevral 2019

Son xəbərlər