SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda itkin düşən ana və beş yaşlı oğlu axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabrın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T.Aslanovanın boyu 155 santimetr, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

BAKU.WS