İki qızına qarşı seksual zorakılıq hərəkətləri edən atanın cəzası məlum oldu

Bakıda iki azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 56 yaşlı Sahib Şıxıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən, S.Şıxıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına qarşı seksual xarakterli hərəkətlər törədib.
Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.2.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı - Azərbaycanda ŞOK HADİSƏ
Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad v...