Kiyev şəhərinin meri Vitali Kliçko jurnalistin onun həyat yoldaşı haqqında verdiyi sualdan qaçmaq üçün qeyri-adi yola əla atıb. ANS PRESS-in məlumatına görə, özünün "AVRO-2016" çemionatına gəlişindən həvəslə danışan Kliçko nədənsə həyat yoldaşı haqqında verilən sualdan qaçmaq üçün mövzunu dəyişməyə çalışıb.

Telekanal əməkdaşı onun həyat yoldaşının harada olduğunu, niyə onunla bərabər olmadığını soruşub.

Mer cavabında isə "olar mən sizi öpüm? Mən sizi öpməyi çox istəyirəm. Mən hər dəfə sizi öpəcəm", - deyərək müxbiri öpüb.

Vitali Kliçko həm də dünyanın ən məşhur boksçularındandır. İdmançı karyerasına  13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olub. 

Vitali Kliçko 1996-cı ildə foto-model Natalya Yeqorova ilə ailə qurub. Onun bu evlilikdən 3 övladı Yeqor Daniel, Elizabet Viktoriya və Maks adlı övladları dünyaya gəlib. Yaratdığı Kliçko Fondu vasitəsilə xeyriyyəçilik kampaniyalarının keçirilməsində də qardaşı ilə birlikdə aktiv şəkildə iştirak edir.

Vitali Kliçko ağır çəkidə WBC, WBO, WBA versiyaları  üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatıdır. O, 2015-ci ilin noyabrında Kiyev şəhərinin meri seçilib.
 
BAKU.WS