Tanınmış sənətçimiz 59 yaşında vəfat etdi - FOTO

Tanınmış sənətçimiz 59 yaşında vəfat etdi - FOTO
Hadisə 1397

Bir vaxtlar "Qarabağ bülbülləri"nin solisti olmuş İzahat Cəfərov 59 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya mərhumun qohumları bildirib.

Qeyd edək ki, Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.

1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sözügedən kollektiv ilə bağlı ilk sənədli filim də çəkilib. Bu filmdə "Qarabağ bülbülləri"nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.

Son xəbərlər