SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Xırdalan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlanılıb. Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ötən gün baş verib:

“Hadisə zamanı dörd avtomobil - pikap, iki “Mersedes-Benz” və “Opel” toqquşub. Xəsarət alan yoxdur”.

BAKU.WS
VİDEO