VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Batamdarda yerləşən maşın bazarında yanğın hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Görüntülərdən aydın olduğu kimi bazarı tüstü bürüyüb. Kadrlarda yanğının miqyasının böyük olduğu müşahidə edilir. Yanğın bazarın maşınlar olmayan hissəsində, otluq ərazidə qeydə alınıb.  
 
Yanğın zamanı avtomobillərə ziyan dəyməyib. Hadisə yerinə yanğın söndürən maşınlar cəlb olunub və yanğının qarşısı alınıb. 
 
BAKU.WS