Spirtli içki aludəçisi olan ata Sumqayıtda oğlu və gəlinin yaşadığı evi yandırıb

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdıyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb.

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.

BAKU.WS
QALEREYA