Yanğınsöndürənlərimizin qardaş Türkiyədə alovla savaşı - VİDEO

Ötən gün Türkiyədə baş verən genişmiqyaslı yanğınların qarşısını almaq üçün ölkəmizdən Türkiyəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, digər lazımi avadanlıq və ləvazimatlar göndərilib.
BAKU.WS xəbər verir ki, hazırda Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri hadisə yerlərinə cəlb olunaraq işləməyə başlayıblar.
Onların görüntüləri bir çox mətbuata orqanlarında işıqlandırılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fədakarlıqları ilə diqqət çəkiblər.
Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsində təyyarə, helikopter, pilotsuz uçan aparat və digər texnikalardan istifadə olunur.
Oxşar xəbərlər
Azərbaycan Türkiyəyə yardıma tələsir: 500 nəfər FHN işçisi, helikopterlər...
İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Telefon da...
