VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in qaynar xəttinə məlumat veriblər.

Bildirilib ki, Ekologiya postu adlanan yerə yaxın ərazidə güclü yanğın müşahidə olunur.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, ağaclıq ərazidə yanğın başlayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının və ətraf əraziyə vura biləcəyi böyük ziyanın qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Yanğın nəticəsində 4 hektar sahədə quru ot, kol-kos, şam ağacları və quru ağac kötükləri yanıb. Sıx ağaclıq sahə, yaxınlıqdakı infrastruktur və ictimai-iaşə obyektləri yanğından mühafizə olunub.

BAKU.WS
VİDEO