SİZİN REKLAM BURADA!
055 213 76 73


Beyləqanda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qəza bu gün saat 12 radələrində Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon Türklər kənd sakini, 1958-ci il təvəllüdlü Aydınov Murad Nupil oğlunun idarə etdiyi 11-BJ-137 dövlət nömrə nişanlı VAZ-21011 və Beyləqan rayon İkinci Aşıqlı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Hidayət Seyidimran oğlunun sükan arxasında olduğu 11-BX-921 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ-21011 markalı avtomobilin sürücüsü dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri - Beyləqan rayon İkinci Aşıqlı kənd sakinləri Pətiyeva Güləndam Kərim qızı və Paşayeva Zülfiyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

BAKU.WS
QALEREYA