VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə qadına qarşı zorakılığın videosu yayılıb. 

BAKU.WS xəbər verir ki, hadisə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 11 ünvanında qeydə alınıb. Hələlik şəxsiyyətləri bilinməyən kişi bir nəfər qadını zorla avtomobilə mindirmək istəyir. Müqavimət göstərən qadına qarşı fiziki zorakılıq edilir. Kişi maşına mindirərkən qaçmağa çalışan qadının üzünə yumruqla vurur. Qadın həmin adamların əlindən çıxaraq yaxınlıqda dayanan insanlara tərəf qaçır.

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirildi ki, yayılan video ilə bağlı araşdırma aparılır. Aparılan araşdırmalardan sonra hadisə haqqında ətraflı açıqlama veriləcək.

Sözügedən videonu təqdim edirik:

BAKU.WS
VİDEO