SİZİN REKLAM BURADA!
055 213 76 73


Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində batan rayonunun Qaracəmirli kənd sakini 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğlunun axtarışları davam edir.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, əraziyə Fövqəladə Halla Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazıra axtarışlar davam edir. Hər iki şəxs ərazidə üzmək isitəyən zaman batıb.

*** 17:22

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

BAKU.WS
QALEREYA