SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Erəmənistanın hərbi sənayesi var, amma atom silahı yoxdur. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu  jurnalistlərə açıqlamasında Ermənistanın Təhsil və Elm Nazirliyinin elm üzrə dövlət komitəsinin sədri Samvel Arutyunyan Ermənistan parlamentinin deputatı Qrant Baqratyanın ölkəsinin atom silahı olması barədə fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, deputat Q.Baqratyanın Ermənistanın atom silahı olması barədə fikirləri doğru deyil: "Bizim ölkəmizdə heç bir atom silahı yoxdur və Ermənistan onu əldə etməyə də hazırlaşmır".

Komitə sədri ”Bizim hərbi sənayemiz var və inkişaf edir” fikirlərini səsləndirdiyi zaman jurnalistlər ona Ermənistan Milli Elmlər Akademiyasının üzvü Radik Martirosyanın "Ermənistanda silah istehsalı mürəkkəb və bədxərc prosesdir” sözlərini xatırladıblar. Sədr isə  jurnalistlərə eyhamlı şəkildə akademikin yaşınının çox olmasını göstərib.

Bir müddət bundan əvvəl Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahına sahib olduğunu deyib.

Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür. Baqratyan bu barədə nə isə əlavə izahat vermək niyyətində olmadığını bildirib: "Bizim atom silahı əldə etmək imkanımız var. Atom silahımız var". 
 
BAKU.WS