VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə bazarda baş verən yanğın təxminən 5 min kvadratmetr ərazini əhatə edib. Hadisə nəticəsində 2100 kvadratmetr ərazi yanıb.

BAKU.WS xəbər verir ki, bunu APA-nın yürli bürosuna açıqlamasında Tərtər Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Mübariz Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər 07:14 radələrində Bərdə Yanğın Mühafizə Hissəsinin “Qaynar xətt”inə rayonun Güloğlular kəndindəki bazar ərazisində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Məlumat daxil olan kimi Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili şəxsi heyətlə birgə hadisə yerinə çatıb.

Hadisə yeri qiymətləndirilərək yanğın böyük olduğundan 2 saylı çağırış elan olunub. Çağırışla Bərdədən 5 yanğınsöndürən avtomobil, həmçinin Tərtər, Yevlax və Ağdamdan hər biri 1 yanğınsöndürən maşın şəxsi heyətlə birlikdə hadisə yerinə gəlib. Yanğın həddən artıq böyük olduğundan 9 yanğınsöndürən avtomobil, 50-dən çox şəxsi heyət cəlb olunub.

M.Əliyev bildirib ki, yanğın 09:11 radələrində tam söndürülüb. Yanğın olan ərazidəki obyektlər çiy kərpicdən olduğundan və binanın dam örtüyü bağlı olduğundan yanğının söndürülməsində çətinlik olub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

BAKU.WS