Zaqatalada DSX-nin əsgəri intihar edib, general hadisə yerinə gedib

Zaqatalada DSX-nin əsgəri intihar edib, general hadisə yerinə gedib
Hadisə 325

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq intihar edib.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.

Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

Oxşar xəbərlər

Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü

Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü

Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkə...

1589 Hadisə 13:29 08 dekabr 2018

Son xəbərlər