SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1996-cı il təvəllüdlü Muxtarova Gülnarə Rövşən qızı müxtəlif xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS