SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1986-cı il təvəllüdlü Abdullayev Zaur Rafiq oğlu və 1988-ci il təvəllüdlü Həsənov Hikmət Mehman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Z.Abdullayevə döş qəfəsinin küt travması və alın nahiyəsinin əziyi, H.Həsənova isə alın nahiyəsinin cırılmış yarası və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS