SİZİN REKLAM BURADA!
055 213 76 73


ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə qonaq gələn qadın şok açıqlamalar verib. 

BAKU.WS xəbər verir ki, Aidə Əzizova adlı qadın qonşusundan şikayətlənib. Onun sözlərinə görə, qonşusunun 10 yaşlı oğlu qızına qeyri-etik hərəkətlər edib. Aidə isə cəza olaraq uşağın cinsiyyət orqanını kəsib. 

"Qızım Məryəmin 2 yaşı var. Doğulandan sərbəst böyüyüb. Hər şeyi sərbəst danışa bilir. Özü sərbəst şəkildə mağazaya gedib-gələ bilir. Evdən çıxıb salona gedirdim. Uşaq dedi, "məni də apar". Dedim, düş, gəlirəm. Dedi, düşmürəm, Ülvidən qorxuram. Dedi ki, Ülvi mənə başqa-başqa hərəkətlər edir.

Çağırdım Ülvini, dedim, "gəl uşaqları apar həyətə". Dedim, keç, topu da götür. Topu götürməyə gedəndə dedim, keçsin evə. Evə keçəndə dedi, "yox, xala, keçmirəm". Artıq uşaq bildi ki, nəsə edəcəm. Etiraf etdi və dedi ki, bir də etməyəcək.

İndi qarşımda durub, bilmirdim nə edim. Vursaydım, pis vuracaqdım. Sadəcə yıxdım yerə, dedim, "səni sünnət edəcəm". Dərisini bir az kəsdim. Heç bilmirəm, necə etdim. Mən övladımdan ötrü adam da öldürərəm. Peşman da deyiləm".

BAKU.WS
VİDEO