“Opel” və “NAZ-Lifan” toqquşdu - xəsarət alanlar var

“Opel” və “NAZ-Lifan” toqquşdu - xəsarət alanlar var
Hadisə 140

Sumqayıtda yol qəzası baş verib.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ-Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər