Gəncəli Alberti öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Moskvada fitness klubunda törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.
“Moskvanın şimal-qərbindəki bir idman salonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun gizləndiyi evdə axtarışlar aparılır”, - deyə İvanova əlavə edib.
Qeyd edək ki, Moskvanın şimal-qərbindəki yaşayış kompleksində yerləşən bir fitness klubunda Azərbaycan əsilli kriminal avtoritet Albert Rıjiy kimi tanınan Əli Heydərov öldürülüb.
Oxşar xəbərlər
Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri... - VİDEO
Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərov ötən gün Moskvada qətlə yetirilib. Onu saat 13 radələrində yaşadığı binanın idman zalın...