SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Naxçıvan Muxtar Respublikasında tövlələrin söküntüsünə başlanılıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə musavat.com-a yerli sakinlər bildiriblər. Məlumata görə, artıq Muxtar Respublikanın bütün rayonlarında tövlələrin söküntüsü sürətlə aparılır.

Yol kənarlarında və sakinlərin həyətyanı sahələrindən kənarda olan bütün tövlələr sökülür. Yerli icra orqanlarının nümayəndələri sakinlərə bu vəziyyəti Muxtar Respublikada aparılan abadlıq işlərinin bir hissəsi kimi izah ediblər.
 
Artıq Şərur, Ordubad, Şahbuz, Culfa və Sədərəkdə söküntü işləri aparılıb və xeyli sayda tövlə sökülüb. Tövlələri sökülən sakinlərə öz həyətyanı sahələrində yeni tövlə tikmək məsləhət görülüb.

Xatırladaq ki, Naxçıvan ilk dəfə deyil ki, belə ümumi qadağalarla gündəmə gəlir. Bir müddət əvvəl Muxtar Respublikanın rayonlarında təndirlər kütləvi şəkildə sökülmüşdü.

Ondan əvvəl isə kəndlərdə olan kiçik mağazalar da bağlanmışdı.

Bunlar da Muxtar Respublikada aparılan abadlıq və quruculuq işlərinin bir hissəsi kimi həyata keçirilirdi.

Ziya Səccad
BAKU.WS