SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Brazilyada maraqlı hadisə baş verib.

BAKU.WS məlumat verir ki, bələdiyyə sədri işlərini "WhatsApp"dan idarə etdiyi üçün həbs olunub. 25 yaşlı Lidiane Leite bələdiyyə sədri olduğu qəsəbəyə bir dəfə də olsun getməyib. İşlərini WhatsApp vasitəsilə idarə edib.

Aidiyyatı orqanların Leite haqqında apardıqları araşdırma nəticəsində onun təhsil fondundan böyük miqdarda pul mənimsədiyi məlum olub.
 
Bundan əlavə, Leitenin lüks bir villada yaşadığını bildirən prokurorluq əməkdaşları bələdiyyə işçilərinə vaxtında maaş ödəmədiyini, qəsəbə ilə bağlı hər hansısa bir iş görmədiyini də deyiblər. Həmçinin, təhsil fondundan pulları mənimsədiyi üçün müəllimlərin maaşları da vaxtında verilməyib. 

Leite ilə yanaşı onun müavini olan sevgilisini də həbs ediblər.
 
Ayşən Ayxan
BAKU.WS