Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - VİDEO

07
mar
2021
18:48
Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.
Onunn Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.
Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...
