İran parlamentinin Şərqi Azərbaycandan olan nümayəndəsi yol qəzasında həlak olub.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən seçilən parlament üzvü Məhəmmədəli Hüseynzadə bu gün səhər Zəncan-Qəzvin magistral yolunda qəzaya düşüb.

Hadisə zamanı onun avtomobildə olan övladları və həyat yoldaşı xəsarət alıblar. Hadisəyə sürücünün yuxulu olması, yol kənarındakı təpələrə çırpılan avtomobili aşırması olub. Məhəmmədəli Hüseynzadə 10-cu dövr İran İslam Şura Məclisinə 50 min 980 səs toplamaqla seçilib.

M.Hüseynzadə parlamentə yeni seçilmiş nümayəndələrin prezident Həsən Ruhani ilə görüşündə iştirak etmək üçün Tehrana səfər edirmiş.
 
BAKU.WS