Sakinlərin ağac kəsilməsi iddiasına Nazirlikdən AÇIQLAMA - VİDEO

Sakinlərin ağac kəsilməsi iddiasına Nazirlikdən AÇIQLAMA - VİDEO
Video
Hadisə 378

Bakıda Yasamal rayonu ərazisində yerləşən Tağı Şahbazi küçəsində ağacların kəsilməsi barədə məlumat yayılıb.

Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə yerli sakinlər müraciət ediblər.

Sakinlərdən birinin göndərdiyi görüntülərdən məlum olur ki, sayı 10-dan çox olan ağac naməlum səbəbdən kəsilib. Həmçinin iddia olunur ki, ərazidə çoxmərtəbəli binanın inşası planlaşdırılır.

Ağacların hansı səbəbdən kəsilməsini dəqiqləşdirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə bildirdi ki, əgər ağaclar təhlükə yaradırsa, ağacların budanması lazımdır:

"Sadəcə onun qaydası var, biz yoxlayacağıq ki, budama qayda üzrə aparılır, yoxsa yox. Budama rayon icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Prosesin düzgün aparılıb-aparılmaması isə tərəfimizdən araşdırılır.

Sözügedən ərazidə budamanın necə aparıldığı araşdırıldıqdan sonra nəticə barədə məlumat veriləcək".

Sakinlərin ağac kəsilməsi iddiasına Nazirlikdən AÇIQLAMA - VİDEO

Sakinlərin ağac kəsilməsi iddiasına Nazirlikdən AÇIQLAMA - VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər