SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda intihar hadisəsi baş verib.
 
Xətai Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə "Həzi Aslanov” metro stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Xəyyam Əliyev tikilməkdə olan binalardan birinin damına çıxaraq özünü oradan atıb. Ağır bədən xəsarətləri alan kişi hadisə yerində dünyasını dəyişib.

Mərhumun idmançı olduğu və cibindən idman klublarından birinin üzvlük kartı çıxdığı bildirilir. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
BAKU.WS