SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb.

BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hadisə günün axşam saatında, paytaxtın İstiqlaliyyət küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan "Galendewagen” markalı avtomobilin sürücüsü Niyazi küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində dönən zaman idarəetməni itirib.

Ardınca qarşı yolda dayanan bir neçə avtomobilə çırpılaraq aşıb. Hadisə nəticəsində sürücü yüngül xəsarət alsa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, sərt döngədə yüksək sürətlə hərəkət etmək analoji qəzaların əsas səbəblərindəndir.

BAKU.WS
VİDEO