VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 9-da nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılması və bitişik evlərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı yataq xəstəsi olduğu ehtimal edilən bir nəfərin meyiti aşkar olunub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***16:31

Bakıda fərdi yaşayış evində yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, nazirliyin qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkarlanıb.

BAKU.WS
QALEREYA