SİZİN REKLAM BURADA!
055 213 76 73


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına, 3 saylı İstintaq təcridxanasına, 11 saylı cəzaçəkmə müəssisəsinə və 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Bildirilib ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Əsədov Anar Zöhrab oğluna həyat yoldaşı Bakı şəhər sakini Əsədova Elnarə Tofiq qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın tikiş hissəsində xüsusi üsulla gizlədilən sellofan bükülüdə ümumi çəkisi 0,463 qram olan narkotik maddə - heroin aşkar edilib.

Bundan başqa, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiən və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Əliyev Anar Firidun oğluna qohumu Lənkəran rayon sakini Əlizadə Xeyrulla Qüdrət oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 2,033 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,048 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Həmçinin Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 235.4.2 və 66.3-cü maddələrinə əsasən təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum İsmayılov Elgün Mürşüd oğluna qohumu Məmmədov Sahib Cəbrayıl oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan alt paltarının bel hissəsindəki rezinə xüsusi üsulla hopdurularaq gizlədilən və ümumi çəkisi 3,348 qram olan narkotik maddə - heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 228.1-c1 maddəsinə əsasən təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilən və hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Əhmədov Rafiq Tofiq oğluna bibisi oğlu Bakı şəhər sakini Əhmədov Fariz Əbülfət oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,157 qram olan narkotik maddə - heroin aşkar edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA