Müşfiq yolunda polisin öldüyü qəzanın anbaan görüntüsü - VİDEO

02
fev
2021
14:41
Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, Müşfiq yolunda bir nəfərin ölümü ilə nəticələnən qəzanın kadrları sosial şəbəkələrdə yayılıb. Tik-Tok sosial şəbəkəsində yayılan videoda qəzanın baş vermə anı əks olunub.
Yüksək sürətlə ikinci dərəcəli yoldan baş yola çıxan minik avtomobili yük avtomobili ilə toqquşub. Yük avtomobilinin sürücüsü idarəetməni itirərək minik avtomobilini əzib.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib. Onun polis əməkdaşı olduğu deyilir.
Oxşar xəbərlər
Videosu yayıldığı üçün işini itirən polislər... - VİDEO
Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbu...
