SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, “Manella MMC”-nin müvəqqəti istismarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.

Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır.

Əməkdaşlar hadisə yerinə yollanıb.

“Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.

***10:22

Paytaxtın Binəqədi şossesi istiqamətində avtobusla betonqarışdıran maşının toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu ərazisində baş vermiş qəzada üç nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bir nəfər isə tibbi yardımdan imtina edib.

***10:05

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin “Yeni Sabah”a verdiyi məlumata görə, səhər saatlarında Binəqədi şosesində qəza baş verib.

Qəza zamanı sərnişin avtobusu ilə betonqarışdıran maşın toqquşub. Hər iki nəqliyyat vasitəsinə zərər dəyib. Hadisə yerinə altı təcili tibbi yardım maşını cəlb olunub.

Əlavə məlumat veriləcək.

BAKU.WS
VİDEO