Rusiyanın Sankt-Peterburq şəhərində yerli ermənilər tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əleyhinə təbliğat aparılmağa başlayıb.

BAKU.WS-in virtualaz.org-a istinadla verdiyi məlumata görə, şəhərin əksər küçələrində Azərbaycanın mərhum prezidentinin ünvanına təhqir dolu vərəqələr peyda olub.

Bu təbliğat kampaniyasının təşkilatçıları Sankt-Peterburq şəhəri rəhbərliyindən 2005-ci ildə Qoroxovaya küçəsində Heydər Əliyevin şərəfinə qoyulmuş xatirə lövhəsini yığışdırmağı tələb edirlər.

İnternetdə bu anti-Əliyev kampaniyasının ən qatı və çılğın tərəfdarlarından biri DİN-in istefada olan zabiti və erməni icmasının fəal üzvlərindən sayılan Viktor Aleksandrov adlı bir mayordur.

V.Aleksandrov və həmfikirləri həm internetdə, həm də Piter küçələrində açıq çağırışlarla çıxış edərək Heydər Əliyevin şərəfinə vurulmuş xatirə lövhəsini sökməyi və aprelin 24-nün (uydurma "erməni soyqırımı”nın) Sankt-Peterburqada matəm günü kimi qeyd olunmasını tələb edirlər.
 
BAKU.WS