SİZİN REKLAM BURADA!
055 213 76 73


Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, partlayış nəticəsində altı nəfər yaralanıb.

Ələzova Simayə Mövlud qızı - 1968 ci il təvəllüdlü

Şükürzadə Xədicə Bəxtiyar qızı - 2006-cı il təvəllüdlü

Musayev Vüsal Firudin oğlu - 1983-cü il təvəllüdlü

Musayev Firudin Vüsal oğlu - 2009-cu il təvəllüdlü

Əliyev Emil Arif oğlu - 1989-cu il təvəllüdlü

Hüseynov Arif Əbülfəz oğlu - 1988-ci il təvəllüdlü

***21:31

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN-dən "Report"a verilən məlumata görə, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***21:12

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı aparılır.

FHN-dən "Report"a verilən məlumata görə, hadisə ilə əlaqədar fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

***20:55

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında digər şəxslərin də qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.

19:23

Xırdalan şəhərində evdə partlayış baş verib.

Partlayış yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Dağıntılar altında qalanlar var.

Hələlik partlayışın baş vermə səbəbi haqqında heç bir məlumat yoxdur.

Xırdalan şəhərində partlayış baş vermiş fərdi yaşayış evindən canlı bağlantını təqdim edirik:

BAKU.WS
VİDEO

VİDEO