SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nərimanov rayonu Atatürk prospekti 40 ünvanında yerləşən "DorTek” Avropa istehsalı qapı-pəncərə satışı ilə məşğul olan mağazanın müdiri, 36 yaşlı iş adamı intihar edib.
 
BAKU.WS Bizimyol-a itinadən məlumat verir ki, hadisə yerinə gələn ailə üzvləri gərgin anlar yaşayıb, baş verən hadisəyə inanmadıqlarını bildiriblər. Ailə üzvləri intihar edən şəxsin dünən evdən iş yerinə getmək adı ilə çıxdığını bildirib. Evdən çıxdıqdan sonra axşam evə qayıtmayıb. Yaxınları iş yerinə gəlsələr də mağazanı bağlı görüblər. Səhər iş yrinə gələn satıcı mağazanın zirzəmisinə düşən qapının açıq olduğunu görüb. Aşağı endikdə müdirini kəndirdən asılı vəziyyətdə tapıb.

Hadisə yerinə Nərimanov rayon polis idarəsinin əməkdaşları çağırılıb. Baş verən hadisə ilə bağlı istintaq aparılır. Meyit tibbi ekspertizadan keçirilməsi üçün şəhər 5 saylı xəstəxanasının morquna göndərilib.  Yaxınlıqdakı mağazalarda çalışan şəxslər hələlik adının açıqlanması məqsəduyğun sayılmayan iş adamının son dərəcə yaxşı insan kimi xarakterizə edirlər. 

Ancaq istintaq orqanları baş verən faciənin bütün istiqamətlərini araşdırmağı məqsəduyğun sayırlar. Ona görə, olayın ailə münaqişəsi nəticəsində baş verməsi və ya borc, kredit problemləri ilə bağlı olması, hətta təşkil olunmuş cinayət olub olmadığı araşdırılır.
 
BAKU.WS