VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Gürcüstandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilmiş külli miqdarda siqaretin saxlanılması və satışı barəsində məlumat daxil olub.
 
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti və yerli məhkəmənin qərarı əsasında Azərbaycan vətəndaşı Əsədov Samir Oruc oğlunun Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 2 mərtəbəli nömrəsiz fərdi yaşayış evinə baxış keçirilib.

Baxış zamanı həmin evin anbar kimi istifadə edilən birinci mərtəbəsində gömrük qanunvericiliyinin pozulması yolu ilə ölkə ərazisinə gətirilmiş və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 271 min 400 ədəd müxtəlif adlı siqaretlər aşkar olunub.

Bundan başqa, yoxlama nəticəsində qeyd edilən fərdi yaşayış evində 400 bağlama "Predo Baby" markalı uşaq bezləri və 5 ədəd 9 kq çəkidə "ABC Automat" markalı yuyucu tozlar da aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS