SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Vətənə gətirilib.
 
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb. Qeyd olunan təyyarə aprelin 22-də geri dönmüş və cəsəd aidiyyəti üzrə təhvil verilib.
 
BAKU.WS