SİZİN REKLAM BURADA!
055 213 76 73



Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılan meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb. 

Bu barədə BAKU.WS-ə  FHN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, aprelin 2-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
"Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb, - nazirliyin məlumatında bildirilib.

BAKU.WS